Ərəblər “Çelsi”dən transfer etdi
29.06.2023 , 12:18
“Çelsi” daha bir futbolçusu ilə vidalaşıb.
Korner.az xəbər verir ki, London təmsilçisinin seneqallı qapıçısı Eduard Mendi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna transfer olunub.
31 yaşlı qolkiper yeni klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb.
Ərəblər bu transferə görə “Çelsi”yə 18,5 milyon avro ödəyiblər.
Mendi 2020-ci ildən “Çelsi”də oynayırdı.