Ərəblər bu dəfə onun üçün təklif göndərdi
02.09.2024 , 21:08
“Arsenal”ın futbolçusu Leandro Trossard klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, oyunçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Oyunçu ilə “Əl-İttihad” klubu maraqlanır.
Ərəblər 29 yaşlı futbolçu üçün Premyer Liqa klubuna 35 milyon avroluq rəsmi təklif göndərib.
Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Leandro Trossard ötən mövsüm “Arsenal”ın heyətində 46 matçda iştirak edib və 17 qol vurub, 2 məhsuldar ötürmə edib.