Ərəblər bu dəfə onun üçün təklif göndərəcək
17.04.2025 , 16:30

“Əl-Nəsr” yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Çelsi”nin futbolçusu Moises Kaysedo ilə maraqlanır.
Bu barədə “Telegraf” məlumat yayıb.
Xəbərdə, ərəblərin Kaysedo üçün 116 milyon avroluq təklif göndərəcəyi bildirilib.
Hazırda bazar dəyəri 80 milyon avro olan 23 yaşlı gənc yarımmüdafiəçinin “Çelsi” ilə 2031-ci ilə qədər müqaviləsi mövcuddur.
