Ərəblər bu dəfə onu transfer etdi – Rəsmi
12.01.2026 , 15:00
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Riyad təmsilçisi vaxtilə “Arsenal”da çıxış etmiş, son olaraq isə “Fiorentina”nın şərəfini qoruyan Pablo Marini transfer edib.
32 yaşlı mərkəz müdafiəçisi ilə 6 ay müddətinə müqavilə bağlanılıb. Razılaşmaya əsasən, tərəflər istədikləri halda sözləşməni daha bir mövsüm uzada biləcəklər.
Xatırladaq ki, ispaniyalı futbolçu 2025-ci ilin yanvar ayından etibarən “Fiorentina”da forma geyinirdi.