Ərəblər bu dəfə onu istəyir
16.07.2024 , 11:34

“Beşiktaş”ın forvardı Cekson Muleka ərəblərin radarına düşüb.
Korner.az xəbər verir ki, adı çəkilməyən klubun İstanbul təmsilçisi ilə əlaqə saxladığı və qısa müddətdə rəsmi təklifin ediləcəyi bildirilib.
Super Liqa klubunun Muleka üçün 7-8 milyon avroluq transfer qiyməti təyin etdiyi və bu rəqəmdən aşağı təklifləri nəzərə almayacağı da xəbərlər arasındadır.
Ötən mövsüm “Beşiktaş”ın heyətində 47 matçda meydana çıxan Muleka 9 qol vurub, 2 məhsuldar ötürmə edib.
