Ərəblər bu dəfə onu hədəfə aldı
06.05.2025 , 11:55

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes ərəblərin transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, portuqaliyalı oyunçunun xidmətində “Əl-Hilal” maraqlıdır.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, Səudiyyə Ərəbistanı təmsilçisinin 30 yaşlı futbolçunun agenti ilə görüşərək transfer şərtlərini müzakirə edəcəyi bildirilib.
Bu mövsüm “Mançester Yunayted”in heyətində 52 matçda iştirak edən Bruno 19 qol vurub və 18 məhsuldar ötürmə verib.
