Ərəblər “Barselona”dan yarımmüdafiəçi transfer edir
29.01.2025 , 10:45

“Barselona”nın futbolçusu Unay Hernandez “Əl-İttihad”a keçəcək.
Korner.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Tərəflərin artıq razılığa gəldiyi bildirilir.
Səudiyyə Ərəbistan klubu 20 yaşlı yarımmüdafiəçinin keçidi üçün İspaniya nəhənginə 4,5 milyon + 500 min avro ödəməyə hazırdır.
