Ərəblər “Barselona”dan futbolçu transfer edir
28.06.2023 , 20:54

Səudiyyə Ərəbistanı komandalarından olan “Əl-Əhli” daha bir ulduz futbolçunu heyətinə qatmaq istəyir.
Korner.az xəbər verir ki, ərəb klubu bu dəfə Frank Kessi üçün hərəkətə keçib.
Futbolçu üçün “Barselona”ya rəsmi təklif göndərildiyi, klubun Kessini satmağa hazır olduğu, onun üçün 30 milyon avro istədiyi bildirilir.
Klubun bu transferdə israrlı olduğu və danışıqların davam etdiyi deyilir
Mina Musayeva
