Ərəblərə “yox” deyib, Türkiyəyə gəlir
03.04.2025 , 15:30

“Beşiktaş”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi hazırda “Əl-İttihad”da çıxış edən Nqolo Kante ilə maraqlanır.
Fransalı futbolçunun ərəblərlə hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
34 yaşlı yarımmüdafiəçi bu mövsüm 22 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
