Dünyanın ən zəngin futbolçularının siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, karyerasını davam etdirən oyunçular arasında ən varlısı olan Ronaldonun 122 milyon funt-sterlinq büdcəsi var.
Portuqaliyalı əsas rəqibi olan Messini 1,5 milyon qabaqlayır. İlk “üçlüy”ü isə bir ara “Anji”də ilinə 20 milyon avroluq maaş müqabilində oynamış Samuel Eto’O qapayır.
Maraqlıdır ki, Neymar cəmi 22 yaşı olmasına baxmayaraq, artıq ilk “10-luğ”a düşə bilib.
Braziliyanın artıq 66 milyon funt-sterlinqlik büdcəsi var.
Dünyanın ən zəngin 10 futbolçusunun siyahısı:
1. Kriştiano Ronaldo – 122 milyon funt-sterlinq
2. Lionel Messi – 120,5 milyon
3. Samuel Eto’O – 70 milyon
4. Ueyn Runi – 69 milyon
5. Kaka – 67,5 milyon
6. Neymar – 66 milyon
7. Ronaldinyo – 64 milyon
8. Zlatan İbrahimoviç – 57 milyon
9. Canluici Buffon – 52 milyon
10. Tyerri Anri – 47 milyon
