Ən yaxşı yarımmüdafiəçi adına namizədlər
14.11.2024 , 17:30
“Globe Soccer Awards” ilin ən yaxşı yarımmüdafiəçi adəna namizədləri açıqlayıb.
Korner.az xəbər verir ki, siyahıda 11 futbolçunun adı yer alıb.
Nikolo Barella (“İnter”), Cud Bellingem (Real Madrid”), Hakan Çalhanoğlu (“İnter”), Toni Kroos (karyerasını bitirib), Dani Olmo (“Barselona”), Koul Palmer (“Çelsi”), Rodri (“Mançester Siti”), Federiko Valverde (“Real Madrid”), Vitinya (PSJ), Florian Virts (“Bayer Leverkuzen”) və Qranit Caka (“Bayer Leverkuzen”) bu mükafat uğurunda mübarizə aparacaq.
Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda baş tutacaq.