Ən yaxşı məşqçilərin dünya reytinqi açıqlandı
26.12.2019 , 15:28

Football World Rankings portalı 2019-cu il üçün dünyanın ən yaxşı məşqçilərinin son reytinqini dərc edib.
Korner.az-ın məlumatına görə, Azərbaycan klublarının məşqçilərindən ən yüksək pillədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yer alıb. O, 1054 xalla 575-ci yerdə qərarlaşıb. O, 2018-ci ili 461-ci sırada başa vurmuşdu.
İlk 100-lüyə “Neftçi”nin baş məşqçisi Roberto Bordin də daxil olub. O, 818 xalla 678-cidir. İtaliyalı mütəxəssis ötən ilin dekabrının siyahısı ilə müqayisədə 283 pillə irəliləyib.
