Ən yaxşı məşqçi adına namizədlər
08.08.2020 , 17:25

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı məşqçisi adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, mövsümün ən yaxşısı adına çempion “Liverpul”un baş məşqçisi Yurgen Klopp, “Çelsi”dən Frenk Lempard, “Lester”dən Brendan Rocers və “Şeffild Yunayted”dən Kris Uaylder namizəddi.
Qalib Premyer Liqanın rəsmi saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.
