Ən yaxşı kim olacaq?
30.05.2024 , 10:30

Konfrans Liqasında “Olimpiakos” – “Fiorentina” finalının ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında Pirey klubundan David Karmo, Kostas Tsolakis, Ayub El-Kaabi, “Fiorentina”dan isə Pyetro Terraççano yer alıb.
Qalib UEFA-nın rəsmi saytında keçirilən səsvermədən sonra müəyyənləşəcək.
