Ən yaxşı gənc futbolçu seçildi
19.05.2023 , 17:13
Almaniya Bundesliqasında 2022/2023 mövsümünün ən yaxşı gənc futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, Dortmund “Borussiya”sının hücumçusu Kərim Adeyemidir.
O, səsvermədə namizədlər arasından Matteys de Liqt (“Bavariya”), Henninq Matrikiani (“Şalke”), Li Buxanan (“Verder”), Tom Krauss (“Leyptsiq”) və Junior Dina Ebimbeni (“Ayntraxt”) qabaqlayıb.