Futbol

Ən yaxşı baş məşqçi seçildi

06.12.2021 , 15:50

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən yaxşı yığma baş məşqçisini açıqlayıb.

Korner.az xəbər verir ki, bu İtaliya millisinin çalışdırıcısı Roberto Mançinidir.

O, səsvermədə 225 xal toplayaraq dünyanın ən yaxşısı seçilib.

Argentina seçməsindən Lionel Skaloni ikinci, Fransa yığmasının baş məşqçisi Didye Deşam üçüncü yeri tutub.

Son yazılar

Yuxarı