“Ən yaxşı azarkeşlər “Nefçi”nin fanatlarıdır” – Slavko Braliç
28.11.2018 , 18:31

Neftçi”nin müdafiəçisi Slavko Braliç klubun rəsmi saytına müsahibə verib
Özünü “Neftçi”də çox xoşbəxt hiss etdiyini bildirən xorvatiyalı futbolçu Topaz Premyer Liqası və azarkeşlərlə bağlı sualları da cavablandırıb.
– Hazırda turnir cədvəlinin ilk pilləsində məskunlaşmışıq. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdir?
– Birinci yerdə olmağımız çox vacib amildir. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdır. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.
– Özünüzü “Neftçi”də necə hiss edirisiniz?
– Çox xoşbəxt hiss edirəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.
– Sizin üçün indiyə qədər Topaz Premyer Liqasında keçirilmiş ən çətin oyun hansı olub?
– Demək olar, hər oyun çətin keçib. Hər hansı oyunu fərqləndirə bilmərəm.
– Azərbaycan çempionatının səviyyəsi gözləntilərinizi doğruldubmu?
– Bəli, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir.
– Növbəti rəqib “Sabah” haqda nə deyə bilərsiniz?
– Çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.
– Azarkeşlər komandanı hər zaman dəstəkləyir. Onların dəstəyini hiss edirsinizmi?
– Əlbəttə! “Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.
