Ən məhsuldar heç-heçə
16.12.2023 , 17:51

Korner.az xəbər verir ki, bu, II Liqanın XIV turunda baş verib. “Lerik” və “Dinamo” komandaları arasında matçda 8 qol vurulub – 4:4.
Ölkə çempionatında daha məhsuldar bərabərlik sonuncu dəfə 2018/19 mövsümündə gerçəkləşib. Həmin vaxt I divizionda 10 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
2019-cu il fevralın 15-də keçirilən qarşılaşmada “Səbail-2” və “Sumqayıt-2” hərəyə 5 qol vurub. Həmin görüşdən 1764 gün sonra yenə məhsuldar sülh qeydə alınıb.
