Ən gənc qapıçı icarəyə verildi
17.08.2018 , 18:45

İngiltərənin “Mançester Siti” komandası Daniel Arzanini icarəyə verib
19 yaşlı avstraliyalı yarımmüdafiəçi iki mövsüm Şotlandiyanın “Seltik” klubunda çıxış edəcək.
Qeyd edək ki, “Mançester Siti” Daniel Arzanini bu yay Avstraliyanın “Melburn” klubundan heyətinə qatıb. Avstraliya yığmasının da şərəfini qoruyan oyunçu Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının ən gənc futbolçusu kimi tarixə düşüb. Mundial başladığı vaxt o, 19 yaş 5 ay 10 günündə olub.
