İngiltərəli futbol azarkeşi “Ginnesin rekordlar kitabı”na düşüb.
Korner.az-ın məlumatına görə, Ed Vud adlı fanat buna ən çox stadionda oyun izləməklə nail olub.
Belə ki, “Derbi Kaunti”nin azarkeşi olan Vud 189 gün ərzində İngiltərənin 93 fərqli stadionunda oyuna tamaşa edib. İngiltərə çempionatlarında istifadə olunan bütün arenaları 189 günə qət edən azarkeş 237 gündə bunu bacarmış Bervik Rencersin rekordunu yeniləyib.
