Türkiyənin məşhur kanalı ən çox azərkeşi olan klubların adını açıqlayıb
“Habertürk” kanalının apardığı araşdırmalar nəticəsində Türkiyənin ən çox azarkeşi olan və sevilməyən komandaları məlum olub. Nəticələrə görə, "Qalatasaray" komandası 32.5 % ilə ən çox azərkeşi olan komanda seçilib. İkinci və üçüncü yerlərin sahibləri isə müvafiq olaraq 30.4 % ilə "Fənərbaxça" və 16.5 % ilə "Beşiktaş" komandalarıdır.
“Habertürk” kanalı həmçinin Türkiyənin “Ən sevilməyən” komandasının da adını açıqlayıb. 22.2 % göstərici ilə Fənərbaxça sevilməyən futbol klubu ünvanını qazanıb.
