“Herta” ilə oyunda qırmızı vərəqə alan Dortmund “Borussiya”sının futbolçusu Əmrə Morun cəzası açıqlanıb.
Korner.az-ın məlumatına görə, türk yarımmüdafiəçi növbəti iki oyunda komandasına kömək edə bilməyəcək. Bu barədə məlumatı Almaniya Futbol Federasiyası yayıb.
Əmrənin kobudluq etdiyi Sebastyan Lanqkamp qarşılaşmadan sonra Mordan üzr istəyib, onun qırmızı vərəqəyə layiq olmadığını bildirmişdi.
