Madridin "Atletiko" klubu Türkiyə millisinin daha bir futbolçusunu transfer edib. Korner.az-ın məlumatına görə, bu xəbəri İspaniyada yayımlanan “Cadena Cope” radiosu yayıb. Məlumatda bildirilir ki, "Fənərbağça"nın aparıcı simalarından olan Əmrə Belözoğlu ilə ilkin anlaşma əldə olunub.
Xəbərdə 32 yaşlı oyunçunun növbəti mövsümdən “Atletiko” formasını geyinəcəyi bildirilir.
Qeyd edək ki, hazırda Avropa Liqası finalçısının heyətində Arda Turan da çıxış edir.
