Çempionlar liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə qolsuz heç-heçə edən “Skenderbeu” klubunun futbolçusu Jetmir Sefa oyunla bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, oyunun nəticəsindən məmnun olan futbolçu bunları bildirib:
“Neftçi”ilə oyunun nəticəsindən məmnunam. Bu üzdən heç bilmirəm nə deyim. Biz əla oynadıq və rəqibin cütün taleyini həll etməsinə imkan vermədik. Əminəm ki, heç kim belə nəticə gözləmirdi. Lakin biz meydanda hər şeyimizi qoyduq. İlk yarıda daha yaxşı oynayıb meydan sahiblərinə çətinliklər də yaşatdıq. İndi biz cavab oyununa köklənməliyik. Biz müsbət nəticə əldə etmişik. Lakin hələ heç nə bitməyib. Korçada Bakıdakından da yaxşı oynayıb mərhələ adlamalıyıq. Düşünürəm ki. bu çətin olacaq”.
Qeyd edək ki, komandaların cavab görüşü iyulun 23-də Albaniyada keçirələk.
