Almaniya millisinin baş məşqçisi Yoahim Löv Meksika ilə oyundan öncə komandasının durumu haqda danışıb. Mütəxəssisin sözlərinə görə, futbolçularının üzərində təzyiq var.
“Son 70-80 il ərzində heç bir milli komandaya ardıcıl iki dəfə dünya çempionu olmaq qismət olmayıb. Çünki rəqiblər sürətlə inkişaf edir. Bundan başqa çempion komandanın heyətində müəyyən dəyişikliklər olur: kimsə karyerasını bitirir, kimsə də əvvəlki kimi uğurlu çıxış etmir. Bizim məqsədlərimizə gəlincə, isə burada heç nə dəyişməyib.
Hər kəs dünya çempionatının yaratdığı təzyiqi hiss edir. Hal-hazırda Meksika haqda düşünürük. Əminəm ki, mundiala əla başlayacağıq”
