Əməkdar məşqçi vəfat etdi
06.07.2023 , 12:32

Azərbaycanın əməkdar güləş məşqçisi Tariyel Nəsibov vəfat edib.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qazaxda yunan-Roma güləşinin inkişafında böyük pay sahibi olmuş mütəxəssis 73 yaşında dünyasını dəyişib.
Nəsibov dünya və Avropa çempionu Həsən Əliyevin ilk məşqçisi olub.
