Əliyevli “Ximki”dən qələbə
09.11.2020 , 18:26

Rusiya Premyer Liqasında XIV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” doğma meydanda “Rubin”ə qalib gəlib – 2:0.
Kamran da bu matçın iştirakçısı olub. Əliyev meydana 86-cı dəqiqədə buraxılıb.
“Ximki” 12 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
