Əliyevli “Ximki” səfərdən 1 xalla döndü
16.03.2020 , 16:03

Rusiya çempionatının 1-ci divizionunda 27-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin çıxış etdiyi “Ximki” səfərdə “Nefteximik” ilə heç-heçə edib – 2:2.
Kamran da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.
“Ximki” 54 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
