Əliyevli “Ximki” səfərdə böyük hesabla məğlub oldu
19.09.2020 , 13:28

Rusiya Premyer Liqasında VIII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi “Ximki” səfərdə “Krasnodar”a böyük hesabla uduzub – 2:7.
Kamran da bu matçın iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana buraxılıb. Mövsümdə bir qol vurmuş Əliyev bu dəfə fərqlənə bilməyib.
8 turdan sonra cəmi 3 xalı olan “Ximki” 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.
