Əliyevli “Ximki” darmadağınla yarımfinalda
06.03.2020 , 18:18

Rusiya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi “Ximki” Moskva “Torpedo”su ilə qarşılaşıb.
“Ximki” bu oyunda 5:1 hesablı darmadağına imza atmaqla yarımfinala yüksəlib.
Kamran da bu görüşün iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb.
