Futbol

Əliyevli “Ufa” “Spartak”la heç-heçə etdi

28.06.2020 , 14:48

Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir. 

Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi “Ufa” səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ufa” hazırda 31 xalla 8-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı