Əliyevli “Ufa”dan qələbə
30.11.2020 , 16:36

Rusiya Premyer Liqasında XVI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” doğma meydanda “Tambov”u darmadağın edib – 4:0.
Azər də bu görüşün iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb.
“Ufa” 16 oyunda topladığı 10 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
