Əliyevli “Ufa” üçün 3 rəqib
15.02.2020 , 17:17

Rusiyanın “Ufa” klubu qış təlim-məşq toplanışının 3-cü mərhələsi üçün İspaniyaya yollanıb.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyev və Turqay Möhbalıyevin çıxış etdiyi komanda İspaniyadakı hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.
Premyer Liqa təmsilçisi fevralın 18-də İsveçrənin “Rappersvil”, 22-də Moskvanın ÇSKA və 23-də Çinin “Dalyan İfan” klubuyla qarşılaşacaq.
Azər Əliyev komanda ilə birgə İspaniyaya yollanıb. Ancaq Turqay Möhbalıyev əvəzedici komanda ilə hazırlaşır.
