Əliyevli “Ufa”dan səfər qələbəsi
07.12.2020 , 17:57

Rusiya Premyer Liqasında XVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin çıxış etdiyi “Ufa” səfərdə “Rostov”a qalib gəlib – 1:0.
Azər də bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb.
“Ufa” hazırda 13 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
