Əliyevli “Ufa” səfərdə məğlub oldu
02.03.2020 , 16:59

Rusiya Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin çıxış etdiyu “Ufa” səfərdə “Krasnodar”a məğlub olub – 0:2.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Ufa” 25 xalla 8-ci sırada qərarlaşıb.
