Əliyevli “Ufa” səfərdə məğlub oldu
18.12.2020 , 16:41

Rusiya Premyer Liqasında XIX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi “Ufa” səfərdə “Krasnodar”a uduzub – 0:1.
Azər bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Ufa” 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
