Əliyevli “Ufa” ermənilərə uduzdu
11.02.2020 , 18:50

Rusiyanın “Ufa” klubu Kiprdəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Başqırdıstan təmsilçisi Ermənistanın “Ararat” klubuyla qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Əliyev də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.
