Əliyevli “Tambov” səfərdə məğlub oldu
08.05.2021 , 13:30

Rusiya Premyer Liqasında XXXIX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Tambov” səfərdə “Axmat”a uduzub – 1:3.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 29 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
