Əliyevin komandasından qələbə
02.02.2020 , 16:00

Kiprdə təlim-məşq toplanışında olan “Ufa” növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, komanda Latviyanın “Liepaya” klubuyla qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
Azərbaycanlı futbolçu Azər Əliyev də matçın iştirakçısı olub. Əsas heyətdə meydana çıxan Əliyev, 80-ci dəqiqədə əvəzlənib.
