Əliyevin komandasından məğlubiyyət
27.10.2019 , 13:14

Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Komanda səfərdə “Tambov”la üz-üzə gəlib və oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.
“Ufa” 14 turdan sonra 16 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb.
