Əliyevin komandası “Zenit”ə məğlub oldu
02.11.2020 , 15:30

Rusiya Premyer Liqasında XIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin çıxış etdiyi “Ximki” doğma meydanda “Zenit”ə uduzub – 0:2.
Kamran bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Ximki” 9 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
