Əliyevin komandası səfərdə uduzdu
20.03.2021 , 11:48

Rusiya Premyer Liqasında XXIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin də çıxış etdiyi “Tambov” səfərdə “Soçi”yə uduzub – 0:5.
Azər də bu görüşün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 23 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
