Əliyevin komandası səfərdə məğlub oldu
18.10.2020 , 11:03

Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Ufa” 6 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
