Əliyevin komandası 1/8 finalda
26.09.2019 , 11:24
Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” səfərdə aşağı liqa təmsilçisi “Çayka”nı minimal hesabla məğlub edərək (1:0) mərhələ adlayıb.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Turqayın adı isə qarşılşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Ufa” bu qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb
