Əliyevin biri zirvədə, digəri çox uzaqda
17.03.2020 , 16:48

Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu çempionatlar tarixinin ən məhsuldar 10 futbolçusu siyahısında heç bir dəyişikliyə səbəb olmayıb.
Korner.az xəbər verir ki, bu da ən yaxşı 10 bombardir karyerasını başa vuranlardan ibarət olmaısyla bağlıdı.
Hələ çıxışını davam etdirənlər isə liderlərdən çox uzaqdır. “TOP-10”dakı oyunçuların hamısı 100 qol səddini aşıb. Cari mövsümdə Premyer Liqada meydana çıxanlar arasında rekordçu isə Rauf Əliyevdir. O, cəmi 57 qola sevinib.
Qeyd edək ki, cədvələ 183 qol vuran Nazim Əliyev başçılıq edir. Müşfiq Hüseynov ondan 58 top geri qalır. Rövşən Əhmədovu isə ikinci pillədən 9 qol ayırır.
1 Nazim Əliyev 183
2 Müşfiq Hüseynov 125
3 Rövşən Əhmədov 116
4 Qurban Qurbanov 115
5 Samir Ələkbərov 115
6 Alay Bəhramov 108
7 Nadir Nəbiyev 103
8 Xaqani Məmmədov 102
9 Vadim Vasilyev 102
10 Kənan Kərimov 101
