Əliyevdən dubl, “Ximki”dən qələbə
13.10.2019 , 14:59

Rusiya I Divizionunda 17-ci tura yekun vurulub.
Korner.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Kamran Əliyevin çıxış etdiyi “Ximki” “Mordoviya”nı qəbul edib. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Kamran Əliyev oyuna start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Futbolçu 6-cı dəqiqədə hesabı açıb. 47-ci dəqiqədə isə Kamran komandasının üçüncü qoluna imza atıb.
“Ximki” 37 xalla turnir cədvəlində 2-ci yerdə qərarlaşıb.
