Əliyev qələbəni kənardan izlədi
19.02.2020 , 18:50

İspaniyada təlim-məşq toplanışında olan Rusiyanın “Ufa” klubu buradakı hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Başqırdıstan təmsilçisi İsveçrənin “Rappersvil” klubu ilə üz-üzə gəlib və matçdan qələbə ilə ayrılıb – 2:1.
Azər bu görüşün iştirakçısı olmayıb.
Komanda növbəti sınaq matçını fevralın 22-də Moskva ÇSKA-sına qarşı keçirəcək.
