Kiyev “Dinamo”sunun əslən azərbaycanlı futbolçusu Aleksandr Əliyev Rusiyanın “Anji” klubuna keçib.
Korner.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Mahaçqala təmsilçisi ilə 2.5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Əliyev bir vaxtlar Moskva “Lokomotiv”ində də çıxış edib.
