Əliyev 1/4 finalda!
10.08.2024 , 14:26
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Paris-2024-də 1/8 final görüşünə çıxıb.
Korner.az xəbər verir ki, üçqat dünya, dördqat Avropa çempionumuz, Rio-2016-nın bürünc, Tokio-2020-nin gümüş mükafatçısı ilk görüşündə meksikalı Ostin Qomeslə qarşılaşıb.
Ostin Meksikada keçirilən Qran Prinin qalibidir. O, ilk dəfə Olimpiya Oyunlarında iştirak edib.
Hacı 7:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayıb.