Topaz Premyer Liqasının IX turunda keçirilən “Qarabağ” – “Bakı” qarşılaşmasından sonra matçın baş hakimi Əliyar Ağayevin fiziki təzyiqə məruz qaldığı haqda məlumat vermişdik.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Korner.az-a verdiyi açıqlamada hakimin döyülməsi ilə bağlı məsələnin hüquq-mühafizə orqanlarının və AFFA İntizam Komitəsinin araşdırdığını bildirib:
"Hakimin döyülməsi məsələsi ilə polis və İntizam Komitəsi məşğul olur. Onlar bu haqda qərar çıxaracaqlar. Hələ rəsmi məlumat yoxdu".
